2-3 noyabr tarixlərində Tərtər bölmə könüllülərinin ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə növbəti Əsas " İlk Yardım" üzrə təlim baş tutub. Təlimin əsas təlimçisi AzQAC ilk yardım əməkdaşı İlkinə Ağayeva olub.
Təlimin əsas məqsəd könüllülərin davamlılığını gücləndirməklə
və icma daxilində ilk yardım məlumatlarını həm gündəlik vəziyyətlərdə, həm də
fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını
artırmaqdır. Eyni zamanda ilk yardım nədir, ilk yardımın önəmi, zərərçəkmişlərin
müayinəsi, bərpa və ÜAR massajının tətbiq olunması, tənəffüs yollarında yad
cisim olduğu təqdirdə nələrə diqqət edilməli, qanaxmanı dayandırmaq və şokun
düzgün şəkildə idarə olunması mövzularına toxunulub. Yaralar, yanıq və sınıqların
növləri barəsində praktiki məlumat verilib.
Təlimdə 19 nəfər könüllü iştirak edib və iştirakçılar sonda sertifikatla təltif olunub.